16+
Лайт-версия сайта

Allah səmanın bitdiyi yerdədirmi?

Литература / Проза / Allah səmanın bitdiyi yerdədirmi?
Просмотр работы:
31 августа ’2012   13:13
Просмотров: 22587

HafizMirzə www.hafizmirza.com

ALLAH SƏMANIN BITDIYI YERDƏDIRMI?
( povest ixtisarla)

General-leytenant lyuftvafe Reynar Ştaqel Alman qoşunlarının nəzarəti altında olan Varşava şəhərinin komendantı vəzifəsinə təyin edildiyi xəbərini eşitdikdə rahat nəfəs aldı. Bədənindəki bütün xəstəliklərdən tədricən qurtulacağına əmin oldu. Çünki orada başqa iqlim, bir qədər rahat iş şəraiti, həm də bol vaxtı olacaqdı. Amma Varşavada hər şey daha da pisləşdi, səhəti tamam ağırlaşdı. Gah öskürək ona imkan vermirdi, gah havası çatışmırdı, gah ürəyi sıxılır, gah da böyrəklərindən sızıltılar, sancılar qopurdu. Daha tez-tez isə baş gicəllənmələr, ürəyində küt sancılar və dəhşətli mədə ağrıları baş qaldırırdı. Praqada yatağa düşərkən bir həftədən tez qalxa bilmir, iynə yerləri növbəti dəfəyə qədər sızıldayırdı. İki il idi ki, gün ərzində xörəkdən daha çox dərman yeyirdi. Praqa şəhərində xidmətdə olarkən ona polyak xalq təbiblərinin məharətindən çox danışmışdılar, o da elə ilk fürsətdəcə xidmət yerini Polşanın paytaxtı Varşavaya saldırdı. Şəhərdə yerləşən hərbi hissələrin komandirləri yaşca ondan cavan zabitlər idi. Bircə köhnə dostu gestapo ştandartenfüreri Hans Künterlə həmyaşıd və həmyerli idilər. İki ay əvvəl buraya gələndə tabeliyində olan zabitlər ona müxtəlif qızıl əşyalar hədiyyə gətirmişdilər. Hərbi qənimətlərdən idi. Özünün bir qutu daha zəngin, əntiq zinyət şeyləri vardı. Bunları Berlinə göndərmirdi. Bilirdi ki, arvadı orada öz aşnalarına bağışlayacaq.






Голосование:

Суммарный балл: 0
Проголосовало пользователей: 0

Балл суточного голосования: 0
Проголосовало пользователей: 0

Голосовать могут только зарегистрированные пользователи

Вас также могут заинтересовать работы:



Отзывы:



Нет отзывов

Оставлять отзывы могут только зарегистрированные пользователи
Логин
Пароль

Регистрация
Забыли пароль?


Трибуна сайта

О,как ты светел и пригож, На сказку дивную похож!

Присоединяйтесь 




Наш рупор

 
Оставьте своё объявление, воспользовавшись услугой "Наш рупор"

Присоединяйтесь 







© 2009 - 2024 www.neizvestniy-geniy.ru         Карта сайта

Яндекс.Метрика
Реклама на нашем сайте

Мы в соц. сетях —  ВКонтакте Одноклассники Livejournal

Разработка web-сайта — Веб-студия BondSoft